"OpenAI" "Cursor" ilə müqaviləni ləğv edir: İlon Maskla növbəti münaqişə

14:00 - 30.08.2026


30 avqust, Fineko/abc.az. "OpenAI" şirkəti İlon Maskın "SpaceX" tərəfindən satın alınan "Cursor" kodlaşdırma platformasına öz süni intellekt modellərinin təqdim edilməsini dayandıracağını elan edib. Sazişin müddəti 12 noyabr 2026-cı ildə başa çatacaq.

"OpenAI" bu qərarı "SpaceX"in texnologiyadan xidmət şərtlərinə uyğun istifadə edəcəyinə inamın olmaması və Maskın digər şirkətlərinin keçmişdə müqavilə şərtlərini pozması ilə əsaslandırıb. İlon Mask isə bu addıma cavab olaraq "bunun onun üçün heç bir əhəmiyyəti olmadığını" ("couldn't care less") bildirib. Eyni zamanda "Anthropic" şirkəti yaranan fürsətdən istifadə edərək "Cursor" platformasında öz "Claude" modelləri üçün hesablama dəstəyini artıracağını açıqlayıb.