14:55 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Deutsche Bank Səudiyyə Ərəbistanında dövlət müqavilələrinə çıxış imkanı verəcək Ər-Riyadda regional baş ofisin yaradılması üçün lisenziya alıb.
Məlumata görə, yeni ofis bankın Yaxın Şərqdəki əməliyyatlarını idarə edəcək. Deutsche Bank artıq belə lisenziyalar əldə etmiş JPMorgan, Goldman Sachs və Morgan Stanley şirkətlərinə qoşulub.
Təşəbbüs Ər-Riyadın maliyyə mərkəzinə çevrilməsinə və ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasına yönəlmiş Vision 2030 proqramı ilə bağlıdır.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026