15:29 - 7.07.2026
7 iyul, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 233,3 min ABŞ dolları dəyərində 58,03 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Monqolustandan 232 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 58 ton (+5,7 dəfə) və Avstraliyadan 1,3 min ABŞ dolları dəyərində 0,03 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 325 ton quzu ətinin 99,94 %-i Monqolustanın payına düşüb.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026