“AzərSüd” MMC-yə investisiya qoyulub

16:44 - 6.07.2026


6 iyul, Fineko/abc.az. “AzərSüd” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının artırıldığını elan edir.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 737 300 manat məbləğində artırılıb.

Bu artımla birlikdə “AzərSüd” MMC-nin nizamnamə kapitalı mövcud 15 000 000 manatdan 17 737 300 manata çatdırılıb.

Xatırladaq ki, “Azərsun Holdinq” tərəfindən Kürdəmir rayonu Atakişili kəndində 10 hektar ərazidə ən müasir standartlara uyğun səviyyədə inşa edilmiş, ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş süd kompleksi yaradılmış və 7 avqust 2013-cü il tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.