Azərbaycanın Özbəkistandakı Bankı ötən ili 80 milyon manat xalis mənfəətlə başa vurub

12:16 - 6.07.2026


6 iyul, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanda aldığı "Davr Bank" 2025-ci ili 566,3 milyard som (təxminən 80 milyon manat) xalis mənfəətlə başa vurub.

ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 54,4 % çoxdur.

Ötən il "Davr Bank"ın vergiyəqədərki mənfəəti 650,1 milyard soma (əvvəlki ilə nisbətən 53,6 % çox; təxminən 92 milyon manat), mənfəət vergisi ödəmələri isə 83,8 milyard som (48,7 % çox; təxminən 12 manat) təşkil edib.

Bu il yanvarın 1-nə "Davr Bank"ın aktivləri 12,1 trilyon som (təxminən 1,7 milyard manat), olub ki, bu da illik müqayisədə 31,2 % çoxdur. Hesabat dövründə Bankın öhdəlikləri 27,8 % artaraq 10,2 trilyon soma (təxminən 1,45 milyard manat), balans kapitalı 52,1 % artaraq 1,9 trilyon soma (təxminən 0,25 milyard manat) çatıb.