Mərkəzi Bank “Eliko” MMC-nin vəzifəli şəxsini cərimələyib

11:28 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi cari nəzarət tədbirləri zamanı valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, “Eliko” MMC 2020-ci ildə təsis edilib və həmin tarixdə ilk lisenziya qazanan valyuta dəyişmə məntəqəsidir. Yarandığı gündən şirətə direktorluğu Kazımov Ramil Adil oğlu edir.