Trampın kriptovalyuta gəlirləri $1,4 mlrd-u keçərək daşınmaz əmlakı geridə qoyub

17:08 - 1.07.2026


1 iyul, Fineko/abc.az. 2025-ci il üzrə maliyyə bəyannaməsi göstərib ki, Donald Trampın kripto layihələrdən əldə etdiyi gəlirlər 1,4 milyard ABŞ dollarını keçərək ilk dəfə onun əsas gəlir mənbəyinə çevrilib və daşınmaz əmlak biznesini geridə qoyub.

ABC.AZ xəbər verir ki, sənəddə həmçinin 2025-ci ilin avqustunda onun Apple, Microsoft və Nvidia şirkətlərinin səhmlərini hər biri üzrə 5–25 milyon dollar məbləğində aldığı qeyd olunub.

Bu fonda kriptofondların kotirovkaları təzyiq altında qalır: Grayscale Bitcoin Trust illik minimumlara yaxın səviyyədə ticarət olunur və bu, kriptobazarın əvvəlki qiymətləndirmələri ilə mövcud dinamika arasındakı fərqi əks etdirir.