12:30 - 30.06.2026
30 iyun, Fineko/abc.az. Qeyri-neft sektoru üzrə mənfəət vergisinin kəsirlə icra olunmasının əsas səbəbi vergi ödəyiciləri tərəfindən mənfəət vergisi üzrə hesablanmış məbləğin ƏDV üzrə artıqödəmə ilə əvəzləşdirilməsidir.
ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
O, qeyd edib ki, hesabat ili ərzində qeyri-neft sektorundan mənfəət vergisi üzrə proqnozlaşdırılmış məbləğ 4 milyard 123 milyon manat təşkil edib ki, bu da faktiki daxilolmadan 219 milyon manat və yaxud 5,3 % çoxdur:
"Eyni zamanda, həmin dövrdə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 4 milyard 202 milyon manat təşkil edib və təsdiq edilmiş proqnozu 639 milyon manat və yaxud 18 % üstələyib. Nəticədə ƏDV və mənfəət vergisi üzrə göstəricilər birlikdə qiymətləndirildikdə, ümumi faktiki icranın proqnozdan 5,5 % yüksək olduğunu görmək olar".
©Report
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026