15:02 - 24.06.2026
24 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası (Kasko) seqmentində həm yığımlar, həm də ödənişlər üzrə artım dinamikası qeydə alınıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ilin ilk 5 ayı ərzində sığorta şirkətləri tərəfindən bu növ üzrə 29,1 milyon manat sığorta haqqı toplanıb, 15,4 milyon manat sığorta ödənişi edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisəli göstəricilər:
Sığorta haqları: Yığımlar 2025-cı ilin yanvar-may ayları ilə müqayisədə (28,5 milyon manat) 0,6 milyon manat və ya 1,9% artıb.
Sığorta ödənişləri: Sığortaçılar tərəfindən zərərçəkənlərə edilən kompensasiyaların həcmi ötən ilin eyni dövrünə nəzərən (12 milyon manat) 3,4 milyon manat və ya 27,7% kəskin yüksəlib.

13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026