10:39 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin "bir pəncərə" prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası"nı təsdiq edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" dövlət başçısının 29 dekabr 2025-ci il tarixli fərmanında göstərilən donor qurumlar tərəfindən qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini "bir pəncərə" prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHT Agentliyi) ilə birlikdə həyata keçirilməsi mexanizmini müəyyən edir.
Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində "bir pəncərə" prinsipi əsasında əlaqələndirməni bu Qayda ilə müəyyən edilmiş mexanizm çərçivəsində "Elektron Hökumət İnformasiya Sistemi" üzərindən sahibi və operatoru QHT Agentliyi olan "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi (Sistem) həyata keçirir. Dövlət qurumları qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində "bir pəncərə" prinsipi üzrə məlumat mübadiləsi, sorğular, şikayətlər, müqavilə, saziş və digər sənədlərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanması daxil olmaqla bütün sənəd dövriyyəsini Sistem vasitəsilə aparır.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026