Ümumi gəlirləri 369 650 manat azalan sığorta şirkəti hesabat açıqladı

16:34 - 27.04.2026


27 aprel, Fineko/abc.az. “İpək Yolu Sığorta” ASC 2026-cı ilin birinci rübündə şirkətin ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.7% və ya 369 650 manat azalaraq 7 509 529 manat təşkil edib.

ABC.AZ şirkətinə istinadən xəbər verir ki, əsas əməliyyat gəlirləri 5.9% azalaraq 5 920 777 manata düşüb.

Əsas əməliyyat xərcləri 866 810 manat azalaraq 4 713 358 manat təşkil edib. İşlərin aparılması xərcləri 7.6% azalaraq 1 265 064 manata düşüb.

“İpək Yolu Sığorta” ASC-nin aktivlərinin həcmi illik müqayisədə 2.7% və ya 598 278 manat azalaraq 22 030 403 manatdan 21 432 125 manata düşüb.