15:42 - 27.04.2026
27 aprel, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta” ASC 2026-cı ilin birinci rübünü 94.1 min manat xalis zərərlə başa vurub ki, bu da ötən ilin eyni dövründəki 386.4 min manatlıq mənfəətlə müqayisədə kəskin geriləmə deməkdir.
ABC.AZ şirkətin təqdim etdiyi hesabata istinadən xəbər verir ki, mənfəətin zərərə çevrilməsinin əsas səbəbi gəlirlərin azalması fonunda sığorta ehtiyatlarının formalaşması üçün ayrılan vəsaitlərin artmasıdır.
Bu mənfi dinamika şirkətin bölüşdürülməmiş mənfəətinə də təsir edib. Belə ki, ötən ilin mart ayında 1.8 milyon manat olan bu bölüşdürülməmiş mənfəət, cari dövrün sonunda 1.51 milyon manat yığılmış zərər kimi yer alıb.
Məlumat kimi əlavə edək ki, şirkət 2025-ci ili də 2.59 mln. manat xalis zərərlə başa vurub. Şəxsi sığorta seqmentində zəifləmə var. Bu kateqoriya üzrə haqlar 2.18 mln. manat təşkil edib və illik müqayisədə təxminən 4.8% azalıb.
Ümumi icbari avto-sığorta üzrə zərərlilik bu şirkətdən də yan keçmir. Şirkətin zərərlilik əmsalı 110.95% olub. Misal üçün bu, keçən ilin eyni dövründə 106.96% idi. İcbari-avto-sığortadan ilk rübdə 30 şikayət qəbul edib, özlərinin dediyinə görə bu şikayətlər hamısı həll edilib.
Şirkətin xalis investisiya mənfəəti 572 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım deməkdir.
Müəllif: Elmir Muradov
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026