10:38 - 27.04.2026
27 aprel, Fineko/abc.az. “Qala Həyat Sığorta” ASC bu ilin birinci rübü üzrə olan maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin gəlirləri 7 milyon 136 min manat təşkil edib.
Xərclər isə 4 milyon 642 min manat olub. Şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 59 min manat (17,4%) artsa da, xərcləri daha çox – 1 milyon 192 min manat (34,6%) artb.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti ötən ilin eyni dövrünə nəzərən 132 min 393 manat (5%) azalaraq 2 milyon 494 min manata, ödənilmiş mənfəət vergisi isə 26 min 478 manat (5,1%) azalaraq 498 min 837 manata düşüb. Nəticədə ASC-nin xalis mənfəəti 105 min 914 manat və ya 5% azalaraq 1 milyon 995 min manata düşüb.
Hesabat dövrünün sonuna “Qala Həyat Sığorta”nın aktivlərinin həcmi 51 milyon 173 min manat olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 4 milyon 869 min manat (8,7%) azdır.
Eyni zamanda şirkətin öhdəliklərinin həcmi 23 milyon 509 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 761 min manat (3,1%) azdır.
Cari ilin birinci rübünün sonunda şirkətin cəmi kapitalı 27 milyon 664 min maant olub. Bu, ötən ilin sonu ilə müqayisədə 4 milyon 107 min manat (12,9%) azalma deməkdir.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026