Dövlət qurumu auditor axtarır

10:39 - 13.04.2026


13 aprel, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin  “Azərterminalkompleks” Birliyi  elektron hesablama sistemlərində verilənlər bazalarının auditi və məsləhətlərinin verilməsi xidmətinin satın alınması üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 250 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 1-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Zabrat Maştağa şosesi sol kənar 3 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 1-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.