İndiyədək tələbələrə 74 milyon manatdan çox təhsil krediti verilib

11:00 - 9.04.2026


9 aprel, Fineko/abc.az. Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb: "Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır".