16:48 - 31.03.2026
31 mart, Fineko/abc.az. Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirdiyi açıq tenderin nəticəsini açıqlayıb.
ABC.AZ xəbər verir ki, tenderin qalibi fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) seçilib.
Qalib şəxslə 1 073 010 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 133 250 manat təşkil edirdi. Məlumat üçün bildirək ki, Əşrəf Səfərov dövlət qurumlarına icarə xidmətləri göstərən ən aktiv təchizatçılardan biridir. O, bundan əvvəl də bir neçə iri məbləğli tenderin qalibi olub. Belə ki, "DOST İş Mərkəzi" MMC ilə 2020-2024-cü illər ərzində ümumi dəyəri 2,5 milyon manatdan çox olan bir neçə icarə müqaviləsi (853 710 manat, 426 864 manat, 426 855 manat, 264 579 manat, 213 432 manat və 213 428 manat) imzalayıb.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026