14:49 - 6.03.2026
6 mart, Fineko/abc.az. Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsinə 1,07 milyon manat xərcləyəcək.
ABC.AZ xəbər verir ki, Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı satınalma həyata keçirib.
Məlumata görə, keçirilmiş satınalma çərçivəsində qalib fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov olub.
Müqaviləyə əsasən, qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin dəyəri 1 milyon 73 min manat təşkil edir.
Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 1500 m², ofis binası təmirli olmalıdır. Qiymət 1500 m²-dən az olmayan sahəyə görə nəzərdə tutulmalıdır.
İcarə müddəti 30 ay nəzərdə tutulub.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026