Son 5 ildə Azərbaycanda damazlıq heyvanların alınmasına 90 milyon manat güzəşt tətbiq edilib?

16:01 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. 2021–2025-ci illərdə Azərbaycanda 25 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli kreditlər təqdim olunub.

ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov  "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.

"Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir. Həmçinin işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır", - deyə o qeyd edib. ©Report