İKZF kirayə mexanizmi ilə satmaq üçün 69 milyon manata mənzillər alacaq

15:32 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrinin alınması üzrə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində yaşayış sahələrinin satın alınması üzrə növbəti layihəni həyata keçirir.

Müvafiq layihə üzrə satınalma “Maksimus” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Satınalmanın ümumi dəyəri 68 703 095,9 manat təşkil edir.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.