16:09 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. - (özəl xəbər) - "Atəşgah" Sığorta şirkətinin topladığı sığorta haqları bu ilin 9 ayında (yanvar-sentyabr) ötən ilin eyni dövrü ilə müqayisədə 20 milyon 977 min manat azalıb.
ABC.AZ-ın Mərkəzi Bankın məlumatları əsasında apardığı araşdırmalardan belə qənaətə gəlmək olar.
Belə ki, şirkətin ötən ilin 9 ayında topladığı sığorta haqları 69,654 milyon manat təşkil edib.
2025-ci ilin eyni dövründə isə şirkətin topladığı haqlar 48,677 milyon manat olub ki, bu da yuxarıda qeyd edilən azalma fərqini açıq göstərir.
Sığorta haqlarının azalması, həm də şirkətin kiçilməsinin göstəricisidir. Bu onu göstərir ki, şirkətdə kiçilmə var.
Müəllif: Elmir Muradov
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026