Ermənistanın təhsil naziri məktəblərdə Azərbaycan dilinin tədrisindən danışdı

16:43 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Hazırda Ermənistanın üç məktəbində Azərbaycan dili tədris edilir. Dərslər regional dillər haqqında biliklərin yayılmasını təşviq etmək üçün hökumət proqramı çərçivəsində aparılır.

ABC.AZ xəbər verir ki, bunu Ermənistan Təhsil Nazirliyinin rəhbəri Janna Andreasyan deyib.

Onun sözlərinə görə, ümumilikdə bu proqramda 30-a yaxın məktəb iştirak edir. Burada fars dili və gürcü dili də tədris olunur.

Andreasyan əlavə edib ki, ümumilikdə Ermənistanda 400-ə yaxın məktəb hansısa regional dilin tədrisini təşkil etmək istəyir, əksər məktəblər isə türk dili dərsləri keçirmək istədiklərini bildiriblər, lakin nazirlikdə kadr çatışmazlığı var.