Sabirabadda gübrə istehsalı müəssiəsi fəaliyyətə başlayacaq

10:15 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Sabirabad Sənaye Məhəlləsində fəaliyyət göstərən "Humix" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsində istehsal olunacaq gübrələr ixrac da ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyəti sədrinin müşaviri Tural Abdullazadə məlumat verib.

Onun sözlərinə görə, "Humix" MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib:

"Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub".

T.Abdullazadə bildirib ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb və investisiya təşviqi sənədi verilib. ©Report