11:58 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Türk dövlətləri arasında "start-up" təşəbbüsləri, vahid məlumat platformalarının yaradılması türk dünyasının "InsurTech" xəritəsində yeni səhifə açacaq.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə bütün icbari sığorta növləri vahid elektron sistem üzərindən həyata keçirilir.
"Elektron şəhərdnəmə sistemi tətbiq olmaqla rəqəmsal modullar vasitəsilə real vaxt rejimində tərəflər arasında məlumat mübadiləsi təmin edilib. Bütün qeyd olunanlar sığorta xidmətlərinə əlçatanlığı, proseslərdə şəffaflığı, həm də bazarın effektivliyini əhəmiyyətli dərəcədə artırıb", - deyə AMB rəsmisi bildirib.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026