Sığorta sektorunda texnologiyaların inkişafını qarşımızda hədəf kimi qoymuşuq - ASA sədri

10:53 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. Sığorta sahəsində texnologiyaların inkişafı və açıq sığortaçılıq bazasının formalaşdırılması bizim qarşımızda hədəf kimi qoyulmuşdur.

ABC.AZ xəbər verir ki, bunu ASA-nın Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova Bakıda keçirilən "Türk Dövlətləri İnsurtech Zirvəsi"ndə bildirib.

O qeyd edib ki, bəhs etdiyi prosesdə ASA bir sıra çağırışıarla üzləşib:

"Bu istiqamətlərdə davamlı addımların atılması yalnız tənzimləyici orqanların yox, həm də ictimaiyyətin üzərinə də düşür. Hesab edirəm ki, bu kimi tədbirlər, burada formalaşacaq fikirlər tək iştirakçı ölkəklərin yox, həm də region dövlətlər üçün əhəmiyyətli olmalıdır".

Müəllif: Elmir Muradov