10:49 - 21.10.2025
21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib.
ABC.AZ xəbər verir ki, bu barədə sözügedən ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb.
İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. Belə ki, İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026