15:32 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində yeni mənzillər almağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, Fond bununla bağlı hazırlıqlara başlayıb.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək.
Alınacaq yaşayış sahələrinin ümumi sahəsi azı 20 000 kv.m olacaq. Satınalmanın ehtimal olunan qiyməti 200,4 milyon manatdır.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026