“Azəristiliktəchizat”  7 qazanxananın yenidən qurulmasına 4,4 mln. manat ayrıldı

14:12 - 25.08.2025


25 avqust, Fineko/abc.az. Azərbayacnda bir sıra qazanxanaların yenidən qurulmasına başlanılır.

ABC.AZ xəbər verir ki, bununla bağlı “Azəristiliktəchizat” ASC bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, ASC 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinə start verib.

Qurum sözügedən işlərin icrasını “İdeal TM” QSC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 4,4 milyon manat ödənilib.
Işlərin həvalə olunduğu QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.