Mərkəzi Bank sığortaçı axtarır 

17:03 - 20.08.2025


20 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 6 nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 108 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar  təkliflərini sentyabrın 10-na qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 10-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.