12:24 - 25.07.2025
25 iyul, Fineko/abc.az. 2025-ci ilin iyun ayında Rusiya taxılının satış həcmi 34,5% azalaraq 2,806 milyon ton təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Rosstat”dan məlumat verilib. İlin əvvəlindən 21,5 milyon ton satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% azdır. Mütəxəssislər azalmanı iyun ayında təsərrüfatların məhsul qalıqlarını satması, yeni məhsulun taxılının isə hələ satışa çıxmaması ilə izah edirlər.
Cənub bölgələrində quraqlığa baxmayaraq, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi ümumi taxıl yığımını 135 milyon ton səviyyəsində gözləyir ki, bu da daxili ehtiyacları təmin edəcək və ixrac potensialını 53-55 milyon ton səviyyəsində saxlayacaqdır.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026