Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı

11:36 - 4.02.2025


4 fevral, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

ABC.AZ xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.

ADİ ipoteka kreditləri üzrə:

06.02.2025-ci il tarixində saat 10:00-dan.

GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:

07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.