Yüksək Texnologiyalar Parkı Elm və Təhsil Nazirliyinin balansına keçdi

15:09 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırlacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 26 noyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Yüksək Texnologiyalar Parkı - “YTP” Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmışdır. “YTP”-nin fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YTP” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı şəhəri, Pirallahı rayonunda 50 ha torpaq sahəsi Cəmiyyətə ayrılıb.