Bəşəriyyətin üçdə biri sağlam qidalanmanı təmin edə bilmir — Rusiya EA araşdırması

21:26 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Rusiya Elmlər Akademiyasının araşdırmasına görə, qlobal ərzaq vəziyyətinin yaxşılaşmasına baxmayaraq, dünya əhalisinin təxminən 32%-i (2,6 milyard nəfər) hələ də sağlam qidalanmanı təmin edə bilmir.

Bu, 2021-ci ildə 697,5 milyon nəfərin (əhalinin 8,8%-i) aclıq çəkdiyi postpandemiya pikindən sonra ardıcıl dördüncü yaxşılaşma ilidir.

Hazırda aclıq çəkənlərin sayı 673,2 milyon nəfərə (dünya əhalisinin 8,2%-i) enib, halbuki 2019-cu ildə bu göstərici 584,1 milyon idi. Aclığın əsas mərkəzləri Asiya (47%) və Afrika (45%) olaraq qalır. Mövcud tendensiyalar qorunarsa, 2026-cı ildə bu rəqəmin 660 milyon, FAO proqnozuna görə isə 2030-cu ildə 512 milyon nəfərə (əhalinin 6%-i) enəcəyi gözlənilir. Onların 60%-nin Afrikada olacağı proqnozlaşdırılır ki, bu da elan edilən “sıfır aclıq” hədəfindən uzaqdır.