21:22 - 8.07.2026
8 iyul, Fineko/abc.az. 2025-ci ildə qlobal maye qaz (MQ/LNG) daşıyan gəmilərin donanması 8,4% artaraq 804 gəmiyə çatıb, lakin daha böyük tankerlərdən istifadə edilməsi səbəbindən reyslərin sayı 2,8% azalıb.
Məlumata görə, donanmanın böyümə sürəti maye qaz tədarükünün artımını üstələyib və bu, fraxt (daşıma) qiymətlərinin aşağı düşməsinə səbəb olub. Hazırda gəmi sifarişləri portfelində 301 gəmi (mövcud donanmanın 37,4%-i) var və onların əsas tədarükü 2026–2027-ci illərə planlaşdırılır. Yeni qazdaşıyan gəmilərə olan tələb qlobal maye qaz istehsalının artacağı gözləntiləri ilə dəstəklənir.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026