İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib – Sərəncam

17:16 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuraya maliyyə nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Mərkəzi Bankı sədrinin müavini və Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri daxildir.