14:05 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq.
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.
İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, sözügedən məsələ rəsmi təsdiqini taparsa, təhsil ictimaiyyətinin iradlarına səbəb ola bilər.
“Etiraf edim ki, onları bu iradlarında tam haqlı hesab etmək olar. Amma hələ də praktiki olaraq nəsə baş verməyib və ümid edək ki, bu hal heç yanaşmayacaq”, – o qeyd edib. (© Modern.az)
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026