Dövlət qurumu auditor axtarır

11:23 - 13.08.2025


13 avqust, Fineko/abc.az. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 12 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini sentyabrın 3-ü, saat 14:00-a qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər. 
Təkliflərə sentyabrın 3-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.