15:09 - 9.07.2026
9 iyul, Fineko/abc.az. "Bank Melli İran"ın Bakı filialının hesabat dövrünün sonuna cəmi öhdəlikləri 65 milyon 855 min manat təşkil edib. Bu, ötən ilin sonu (31 dekabr 2025-ci il — 66 milyon 938 min manat) ilə müqayisədə 1 milyon 83 min manat və ya 1,6% azalma deməkdir.
Öhdəliklər portfelində qeydə alınan əsas dəyişikliklərə əsasən, hesabat dövründə bankın müştəri hesabları 2,1% azalaraq 36 milyon 309 min manata, təxirə salınmış mənfəət vergisi üzrə öhdəlikləri isə 21,8% azalaraq 328,2 min manata düşüb. Bunun əksinə olaraq, filialın maliyyə institutları qarşısında öhdəliklərində artım müşahidə olunub — bu göstərici son altı ayda 3,5% artaraq 11 milyon 768 min manata bərabər olub.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026