19:58 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolu və Avropanın diversifikasiya planlarındakı strateji çəkisi artmaqda davam edir.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata birgə bəyanatında bildirib.
Prezident enerji təhlükəsizliyinin hər bir ölkə üçün milli maraq məsələsi olduğunu vurğulayaraq qeyd edib ki, bu gün Azərbaycanın ümumi qaz ixracının yarısı birbaşa Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Hazırda Aİ-nin 10 üzvü Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Bakının bu infrastrukturun qurulması üçün böyük siyasi, diplomatik və maliyyə resursları cəlb etdiyini deyən İlham Əliyev əlavə edib: “Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir”.
Eyni zamanda, dövlət başçısı regional logistika imkanlarına da toxunaraq, bu gün hər bir istiqamətdə Azərbaycan ərazisindən keçən yük həcminin artdığını, həm ölkə daxilində, həm də qonşuluqda infrastruktur layihələrinə böyük sərmayələrin yatırıldığını diqqətə çatdırıb.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026