AYİB-in istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək

15:44 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 1 iyul 2026-cı il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, söhbət AYİB-in buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlardan gedir.

Məlumata əsasən, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 manat (bir min altı yüz qırx üç manat 06 qəpik) təşkil edir.

Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 000 manat təşkil edən istiqrazların yerləşdirilməsi 1 oktyabr 2025-ci il tarixində uğurla başa çatdırılmışdır.