15:44 - 24.02.2026
24 fevral, Fineko/abc.az. Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.
ABC.AZ xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib. O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:
“Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir”.
Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə və Müşfiqabad qəsəbəsinin kənar hissələri qiymət baxımından nisbətən ucuzdur. ©Modern
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026